RU

Ukraynada minatəmizləməni qadınların həyata keçirəcək..?

Ukraynada qadınların minatəmizləmə işlərinə cəlb edilməsi təklif edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko bu ideya ilə çıxış edib.

...Və bu təşəbbüsü Telegram-da yazı dərc edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərh edib.

...Ruhi xəstəxanadan xəbər. Görəsən o, artıq ölənləri sayıbmı: onların yarısından azı qadındırsa, necə?

Bunu Zaxarova soruşur...

Əvvəllər Sviridenko bildirib ki, hazırda qadınların “yalnız” 30 faizi minalardan təmizləmə ilə məşğuldur və qadınları bu prosesə kütləvi şəkildə cəlb etməyə başlamağı təklif edib.

Nazir əlavə edib ki, Ukraynada gender bərabərliyi mövcuddur və ümumilikdə ölkənin siyasəti inteqrasiya, inklüzivlik və bütövlük prinsiplərinə əsaslanır. Xatırladaq ki, Ukraynada hərbi vəziyyət 2022-ci ilin fevralından qüvvədədir.

...Və 18-60 yaş arası kişilərin əksəriyyətinin ölkədən çıxışı qadağandır.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
sia.az

1Источники