RU

Beyonsun qızı Blu Ayvi Hollivuda

Beyons və Cey Zinin qızı Blu Ayvi ilk Hollivud filmi olacaq "Mufasa: Kral Aslan"ın filminə çəkiləcək.   Manset.az-ın məlumatına görə, Beyonsun 12 yaşlı qızı Blu Ayvi üç il əvvəl anasının "Qəhvəyi Dəri Qız" mahnısının klipində çəkildiyi zaman "Qremmi" mükafatlandırma mərasimində "Ən yaxşı musiqi klipi" heykəlciyini qazanmışdı. Keçən il Blue Ivy Beyonce ilə birlikdə çıxış etdi. Cəmi 11 yaşında olarkən 'Renessans' adlı dünya turnesinin ortasında 80 min insanın qarşısında verdiyi konsertlə Parisli tamaşaçıları valeh etmişdi. Kino tarixinin kult cizgi filmlərindən olan “Kral Aslan” əfsanəsinin davamı olan “Mufasa: Kral Aslan” filmində Nala obrazını Beyons səsləndirəcək və onu qızı Blu Ayvi müşayiət edəcək. Qeyd edək ki, Ayvi Nalanın qızı Kiaranı səsləndirəcək. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
manset.az

1Источники