RU

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Tal

Bakı, 1 may, AZƏRTAC

Mən 2016-cı ildən bəri Azərbaycana mütəmadi olaraq səfər etmişəm. Lakin ən yaddaqalan səfərim Şuşa şəhərinə oldu. Əgər Şuşaya səfər etmək şansınız olsa, oraya mütləq baş çəkin. Heç şübhəsiz, Şuşanı təbiət möcüzəsi adlandırmaq olar. Şuşaya səfər Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ən yaddaqalan səfərim idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri “TC Holdings” platformasının qurucusu, texnoloji innovasiya üzrə israilli mütəxəssis Tal Katran VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Suni intellekt - təhdid, yoxsa imkan?” mövzusunda panel sessiyasında çıxışında deyib.

“Süni intellektə və startaplara gəldikdə, mənim ölkəm startapların hesablarına görə ilk sıralarda dayanır. Lakin məncə, hər bir startapın, texnologiya və innovasiyanın arxasında insan və mədəniyyət dayanır. Bu baxımdan Şuşa şəhərini Azərbaycanın mədəniyyət mərkəzi bəyan etmək olar. Azərbaycanda qədim mədəniyyətin bir sıra nümunələri ilə tanış olmuşam. Əminliklə deyə bilərəm ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni texnologiyaların, süni intellektin nümunələrinin canlı şahidi ola bilərsiniz”, - deyə Tal Katran vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
azertag.az

1Источники