RU

Tanzaniyanın 33.000 dollarlıq cənnəti

Image

Tanda adası Şərqi Afrikanın Tanzaniya sahilində qum dənəsi boyda yer tutur. Ada bütöv şəkildə gecəsi 33.000 dollar olmaqla icarəyə verilir. Bakixeber.com CNN-ə istinadən xəbər verir ki, bu tropik sığınacağın qonaqları dənizdəki ən böyük balığı, donqar balina və köpəkbalığını qayıqla qısa məsafədə ziyarət edə bilər.

Tanzaniyanın ən böyük şəhəri Dar es Salaamdan adaya vertalyot ilə 30 dəqiqəyə çatmaq olar. Adada 1 villa, 2 dağ evi var. Villa Kennedilərin çimərlik evindən ilhamlanaraq tikilib. Tanda mümkün qədər özünü təmin etməyə çalışır. Burada dəniz suyunu duzsuzlaşdıran zavod və Tanzaniyanın ən böyük günəş paneli var.

Qeyd edək ki, burada dincələn qonaqlar reaktiv xizək və təyyarə, eskimos qayığı, yelkən, külək və uçurtma sörfinqi , dalğıcla birgə sualtı sakinləri ziyarət etmək kimi fəaliyyətlər daxildir.

Samirə İsmayılova

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4 – cü kurs tələbəsi






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
baki-xeber.com

1Источники