RU

ABŞ-nin sığınacaq proqramı mütəşəkkil cinayətkarlığa yardım edir

"CBP One" tətbiqi miqrantların sıxışdırılmasına və insan alverinə səbəb olur. 

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu iddia İnsan Haqları İzləmə Təşkilatının (HRW) hesabatında öz əksini tapıb. 

Hesabata görə, Amerikanın smartfon proqramı olan "CBP-One" ABŞ-Meksika sərhədində sığınacaq təyinatlarını sərt şəkildə məhdudlaşdırır və mütəşəkkil cinayətkar qrupların sayının artmasına yol açır.

Belə ki, sığınacaq axtaran şəxslər ya görüş vaxtını gözləməli, ya da giriş limanları arasında sərhədi keçmələrinə kömək etmək üçün ödənişli insan alveri qruplarına müraciət etməlidirlər. Sığınacaq axtaranların qaçaqmalçılarla əlaqə qurmağa daha çox üstünlük verdiyi müşahidə olunur. 

""CBP One" əsaslı təyinat sistemi nizam və qərəzsizlik illüziyasını təklif etsə də, əslində insanları təhlükə altına qoyur və cinayətkar qruplara daha çox güc verir" - deyə hesabatda qeyd olunub. 

Qeyd edək ki, 2020-ci ildə ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) "CBP One" mobil proqramını təqdim edib. ABŞ-də sığınacaq axtaranlar bu mobil tətbiqdən istifadə etməlidirlər. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
bakivaxti.az

1Источники