RU

Çin tarixinin ən böyük təyyarədaşıyan gəmisinin sınaqlarına başlayıb

Çinin üçüncü təyyarədaşıyan gəmisi "Fujian" ilk dəniz sınaqları üçün bu gün yola düşüb.

Bu barədə İqtisadiyyat.az “Global Times”a istinadən xəbər verir.

Təyyarədaşıyan Şanxay gəmiqayırma zavodunu səhər saatlarında tərk edib. Dəniz sınaqları ilk növbədə gəminin elektrik stansiyalarının və elektrik sistemlərinin etibarlılığını və dayanıqlığını yoxlamaq məqsədi daşıyır.

Bununla da Çin tarixinin ən böyük təyyarədaşıyan gəmisinin dəniz sınaqlarına başlayıb. "Fujian" şərti mühərrikli təyyarə gəmisidir. Onun uzunluğu təqribən 315 m, eni isə təxminən 75 m-dir.

O, eyni zamanda bir Asiya ölkəsi tərəfindən indiyə qədər inşa edilmiş və dünyanın ən böyük dəniz gəmilərindən biridir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
iqtisadiyyat.az

1Источники