RU

Piyadanın ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Füzulidə piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Turan Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Esmira Məmmədovanın sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib. 1991-ci il təvəllüdlü Hüseynov Turan Akif oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə kənd ərazisində asfalt yolla hərəkətdə olarkən yolun hərəkət hissəsindən keçən piyada – 1955-ci il təvəllüdlü Məcidov Ziyad Cabbar oğlunu vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də aldığı xəsarətlərdən xəstəxanada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
e-huquq.az

1Источники