RU

“Avarçəkmə üzrə Olimpiya Oyunlarına lisenziya qazanmağımız qürurverici haldır” - Elnur Məmmədov

“Artıq üçüncü ildir ki, bu beynəlxalq reqata keçirilir. Bu il reqatada 21 ölkədən 30-a yaxın komanda iştirak edir. Bu da rekord bir saydır. Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bu turnir ildən-ilə daha da uğurlu alınır”. SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov jurnalistlərə açıqlamasında deyib.

“Bizim üçün digər qürurverici bir hal odur ki, bu tədbir 2023-cü ilin sentyabr ayında Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz təmin olunduqdan sonra baş tutur. Hər birimiz bununla fəxarət hissi duyuruq”,-deyə o əlavə edib.

E.Məmmədov avarçəkənimiz Diana Dımçenkonun “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması ilə bağlı təəssüratlarını da bölüşüb: “Bildiyiniz kimi, son olimpiyada da bizim lisenziyamız yox idi. Ona görə də bu il avarçəkmə idman növü üzrə Olimpiya Oyunlarına lisenziya qazanmağımız çox xoş haldır. Bu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının, məşqçilərin ümumilikdə uğuru sayılır. Hər birini təbrik edirəm”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
sia.az

1Источники