RU

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:

"İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında baş tutan qapalı görüş aydın məsələdir ki, regionda davam edən İsrail-İran gərginliyi ilə bağlıdır. Faktiki olaraq İranın İsrailə birbaşa zərbə endirməsi regionda gərginliyi pik həddə çatdırdı və israil cavab zərbələri endirdi. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır. İran birbaşa müharibəyə maraqlı deyil, amma paralel olaraq da proksi qüvvələr üzərindən Livan, Yəmən, Fələstin, Suriya üzərindən israilə davamlı zərbələr endirir. Amerika belə həssas zamanda regionda gərginliyin artmasında maraqlı deyil, xüsusilə qarşıdan gələn prezident seçkiləri fonunda. Çünki təcrübə göstərir ki, Amerika prezident seçkiləri zamanı Vaşinqton dünya siyasi proseslərindən uzaqlaşır. Daha çox daxili siyasətinə fokuslanır. İran-İsrail müharibəsinin başlanması və tərəflər arasında toqquşmanın baş verməsi Amerika üçün çətin vəziyyət yaradacaq. Netanyahunun görüşdüyü şəxslərə də baxanda israilin daha genişmiqyaslı zərbə endirmək istədiyi görünür".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
big.az

1Источники