RU

1 May vəsovet dövründə Xankəndində sonuncu Azərbaycan bayrağı

1 May günü ilə bağlı bir çox hadisələr var ki, tarixdə qalıb. Əksər ölkələr bu günün zəhmətkeşlər günü kimi keçirir. Qeyd edim ki, 1919-cu ildə Azərbaycan Cümhuriyyəti hökuməti və milli şuranın sədri Məhəmməd Əmin Rəsulzadə 1 May günün qeyd ediblər. 1992-ci ildə isə Əbülfəz Elçibəyin sərəncamı ilə ölkədə 1 May günün keçirilməsi rəsmən qadağan edilib. Bu başqa məsələdir.

Qarabağın tarixini bilənlər xatırlayar. 1 May 1988-ci ildə, ermənilərin Azərbaycan əleyhinə etirazlarının başladığı və azərbaycanlıların sürgün edildiyi Xankəndində sonuncu dəfə Azərbaycan bayrağı (o dövrdə Azərbaycan SSR) 1 May yürüşündə qaldırılıb özü də minlərlə ermənin gözü önündə..Həmin günü dağılmaq üzrə olan sovetlər birliyində bütün respublikalara 1 May günün keçirilməsi tapşırığı verilmiş idi. Ermənilər də bayram nümayişindən sonra şəhərin baş meydanında böyük mitinq keçirməyi planlaşdırmış idilər. Tələbləri isə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi. Bütün şüarları bu sözlərdən ibarət idi. Bu mitinqin təşkilatçı isə "Dağlıq Qarabağ Muxtar Vilayətinin" 1-ci katibi Henrix Poqosyan idi.

1 May günü Xankəndinin baş meydanında hər bir kollektivin sıraları düzlənir, şüarlar və bayraqlar qaldırılır və rəhbərliyinin dayandığı tribunanın qarşısında qarşılıqlı əl etmə və bayram salamlaşması olurdu. Bütün sovet respublikalarının bayrağı orda olmasına baxmayaraq Azərbaycan SSR-nin bayrağına rəsmən qadağan qoyulmuşdu.

Xankəndi Pedaqoji İnstitutunun 60-dan çox müəllim tələbə kollektivinin israrı və təkidi ilə minlərlə ermənilər qarşısında Azərbaycan bayrağı tribunadan keçəndə qaldırıldı və orda bütün təzyiqlərə və hədə qorxulara baxmayaraq cəsarətli gənclər tərəfindən sonuna qədər aparıldı. Məhz 1 May 1988-ci ildə Azərbaycanı təmsil edən bayraq Xankəndində sonuncu dəfə dalğalandı. İndi üstündən 36 il keçəndən sonra 1 May 2024-cü ildə müstəqil Azərbaycan Respublikasının üç rəngli bayrağı, Cümhuriyyət bayrağı Xankəndində, azad şəhərimizdə dalğalanır. Hər zaman ucalarda olsun Bayrağımız

Zaur Aliyev , dosent

May

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
news365.az

1Источники