RU

Ələ keçirilən Qərb hərbi texnikaları Moskvada sərgiyə çıxarıldı... - VİDEO

Rusiya müharibə zamanı Ukrayna ordusundan ələ keçirdiyi hərbi texnikaları sərgiyə çıxarıb.

“AzPolitika” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Həmin videolarda NATO ölkələrinə məxsus hərbi texnikaların Moskvadakı Qələbə Muzeyinin önündə açılmış sərgidə nümayiş etdirildiyi görünüb.

Qeyd edək ki, ABŞ, Almaniya, İngiltərə, Fransa kimi ölkələrin istehsalı olan 30-dan çox silah və hərbi texnika nümunəsindən ibarət sərgi bu gündən ziyarətçilər üçün açıq elan edilib.

Sərgidə Almaniya istehsalı olan “Leopard” tankı, “Marder” piyada döyüş maşını, ABŞ istehsalı” M1 Abrams” tankı, “Bradley” zirehli döyüş maşını, “M777” haubitsası, Britaniya istehsalı olan “Husky” və “Saxon” zirehli maşınları və Fransa istehsalı olan “AMX-10RC” tankı da nümayiş etdirilib. Sərgidə həmçinin Qərb ölkələrinin istehsalı olan tank əleyhinə silahlar, minalar, digər odlu silahlar və texniki vasitələrin nümunələrindən ibarət bölmə də yer alıb.

Moskvadakı sərginin mayın 31-dək açıq olacağı bildirilib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
azpolitika.info

1Источники