RU

Kapitanla bağlı irada CAVAB: "Biz kiminsə həyatını riskə ata bilmərik"

Premyer Liqanın 32-ci turunun "Qəbələ" - "Kəpəz" oyununun (0:1) gedişində qonaq tərəfdarlar Qərb təmsilçisinin baş məşqçisi Adil Şükürovdan əvəzedici komandanın kapitanı Ümid Səmədova şans verməsini tələb etməsilə yadda qaldı.

Şükürovun gənc futbolçuya Premyer Liqa oyunlarında şans tanımamasının səbəbi varmış.

Bu barədə çalışdırıcı özü danışıb: "Ümid çox istədiyim futbolçudur. Mənim üçün dəyərli oyunçulardan biridir.

Tərbiyəsinə görə valideynlərinə təşəkkür edirəm. Əsas komandaya dəvət etmişik. Oyunun bəyənirəm. İstedadlı uşaqdır. Amma onun sağlamlığı ilə bağlı narahatlıq var.

O, bu səbəbdən təxminən 1,5 il müalicə alıb.

Aşağıyaş qrup millilərin üzvü olduğu üçün hətta müalicə xərcələrinin bir qismini AFFA ödəyib.

Biz kiminsə həyatını riskə ata bilmərik. Sağlamlıq hər şeydən öndədir. İnşallah, tezliklə Ümidin bütün çətinlikləri arxada qoyacağına inanıram".

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
sportinfo.az

1Источники