RU

Ukraynada çöküş, Rusiyada siyasi böhran - Müharibənin sonu yaxınlaşır?

Rusiyanın Ukraynada irəlilədiyi bir vaxtda ölkədə yeni siyasi böhran başlayıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanovun vəzifəsindən azad edilməsi nazir Sergey Şoyqu ilə Putin arasında gərginlik olduğu iddialarını gündəmə gətirib.

Türkiyənin "Cumhuriyyət" qəzeti yazır ki, son yeddi ayda ABŞ-dən yardım ala bilməyən Ukrayna isə Donbas bölgəsindən geri çəkilməyə davam edir. Ötən həftə ABŞ Konqresində böyük müzakirələrə səbəb olan 60 milyard dollarlıq yardım paketi nəhayət, qəbul edilsə də, dəstəyin Ukraynaya çatması üçün vaxt lazım olduğu bildirilir.

Yeni dəstək gələnə qədər sursatları tükənmək üzrə olan Ukrayna müdafiəyə çəkilmək niyyətindədir. Ukrayna rəsmiləri iddia edirlər ki, yardım gecikdirilsə, yayın əvvəlində Donbasda ağır məğlubiyyət baş verə bilər. Sursat məsələsindən başqa, Ukraynanı ən çox narahat edən məsələlərdən biri əsgər çatışmazlığıdır. Verilən itkilərlə yanaşı, meydandakı əsgərlərin uzun müddət döyüşməsi də əhval-ruhiyyəni aşağı salır. Normalda rotasiyada olan əsgərlər ehtiyatda olan kadr çatışmazlığı səbəbindən cəbhədə qalmağa davam edirlər.

Qəzetin iddiasına görə, Rusiyanın cəbhədə irəlilədiyi bir vaxtda isə müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov korrupsiyada ittiham olunaraq saxlanılıb:

"Məlumata görə, İvanov Müdafiə Nazirliyinin maliyyə məsələlərinə cavabdeh şəxs olub. O, 2016-cı ildən bu vəzifəni icra etməyə başlayıb və “Forbes” tərəfindən Rusiyanın ən varlı siyasətçiləri sırasına daxil edilib. Rusiya mətbuatı İvanovun Şoyquya yaxınlığını vurğulayır. İvanov Şoyqunun Moskva vilayətinin qubernatoru olduğu vaxtdan bəri komandasında olub. Bununla belə Şoyqu Müdafiə Nazirliyi daxilində bir çox korrupsiya əməliyyatlarının keçirilməsinə göstəriş verib. Lakin Şoyqunun İvanovla bağlı əməliyyatdan əvvəlcədən xəbərdar olub-olmadığı hələlik məlum deyil.

Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
bakupost.az

1Источники