RU

Zaxarovadan Ukrayna mesajı: “Tezliklə...”

Qərbin ukraynalıları məhv etmək əmrini yerinə yetirən Ukrayna Prezident Vladimir Zelenskiyə tezliklə müxtəlif peşələr üzrə rəqəmsal (süni intellekt) mütəxəssislər lazım ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Zelenskinin ukraynalıları məhv etmək üçün Qərbin əmrini cidd-cəhdlə yerinə yetirdiyinə görə, ona tezliklə rəqəmsal sözçülər, fəhlələr, kəndlilər, müəllimlər və həkimlərdən ibarət böyük bir nəsil lazım olacaq”, - rusiyalı diplomat bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi bundan əvvəl konsulluq məsələləri üzrə rəqəmsal sözçüsünü təqdim etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
teleqraf.com

1Источники