RU

UNESCO dünyaya daha çox sülh və əmin-amanlıq gətirsin deyə yaradıldı - Reymond Bondini

Bakı. Trend:

Azərbaycandakı mədəni irsin çoxluğu və gözəlliyi məni hər zamanvaleh edib.

Trend xəbər verir ki, bu barədə UNESCO üzrə MaltaRespublikasının Milli Komissiyasının sədri Reymond Bondini VIÜmumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminəmədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda keçirilənNazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.

“UNESCO dünyaya daha çox sülh və əmin-amanlıq gətirsin deyəyaradıldı. Bu dövrlər ərzində böyük işlər görüldü. Biz sülhiçərisində yaşamalı, əməkdaşlıq etməliyik.

Mədəni irs dedikdə, ölkənin kimliyindən söhbət gedir. Əlimizdəngələni etməliyik ki, mədəni irslərimizə layiqincə diqqət ayrılsın",- o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
az.trend.az

1Источники