Bu gün UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin ikinci qarşılaşması çərçivəsində "Borussiya" PSJ-ni qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, matçdan əvvəl Almaniya təmsilçisinin baş məşqçsi Edin Terziçi oyunla bağlı fikirlərini bölüşüb:
"Çətin qarşılaşma olacaq. PSJ-ni saxlamaq asan deyil. Bir çox rəqib Mbappenin qarşısını almağa çalışırlar. Amma bəzən bacarmırlar. İki eyni səviyyədə komanda qarşılaşacaq. Hər şeyə hazır olmalıyıq".