RU

İlham Əliyev: "Türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir"

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib.

 

Sfera.az-ın xəbərinə görə, dövlət başçısı mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bu ölkələrin dini liderləri arasında əməkdaşlığın həyata keçirilməsinin önəmini qeyd edib.

 

Prezident vurğulayıb ki, bu əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir. Dövlət başçısı qonaqların işğaldan azad olunmuş ərazilərimizə səfərinin önəminə toxunaraq bu səfərin orada gedən proseslərlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
4
sfera.az

6Источники