RU

 “Bu vaxta qədər ölkədə 2 şəxsə beyin ölümü diaqnozu qoyulub” 

 “Bu vaxta qədər ölkədə 2 şəxsə beyin ölümü diaqnozu qoyulub”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova qeyd edib ki, beyin ölümü keçirən şəxsin yaxınları ilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əməkdaşları tərəfindən görüş keçirilib, lakin şəxsin ailə üzvləri yaxınlarının orqanlarının transplantasiya məqsədi ilə götürülməsinə razılıq verməyiblər:

“Bu səbəbdən həmin orqanlar donor orqanları kimi istifadə oluna bilməyib. Lakin, bu halların baş verməsi ölkənin gələcək səhiyyə sistemində meyitdən donor kimi istifadə edilməsinə əngəl deyil. Bu kimi halların aradan qaldırılması üçün Mərkəzimiz daima maarifləndirmə tədbirləri həyata keçirir. Düşünürük ki, səylərimiz nəticəsində insanların təfəkküründə ciddi dəyişikliklərə nail olacağıq”.

Hər nə qədər xoş tərəfindən yanaşsaq da, unutmamalıyıq ki, 2024-cü ildə hələ də ölkəmizdə bunun tətbiq olunmaması, qanunvericilik və tibb məsələsindən çox həm də, cəmiyyətin buna yanaşması ilə əlaqədardır. Məsələyə bütün aspektlərdən baxdıqda görürük ki, xeyirxah əməl sayılsa da, hələ də bunun ölkəmizdə olmaması hər birimizi düşündürməlidir.

Biz bunu Türkiyə təcrübəsində də görürük. Orda ailələr vəfat edən doğmalarının orqanlarının bağışlanmasına, bir insanın həyatını xilas etməyə çalışırlar. Əminəm ki, yaxın gələcəkdə qeyd edilən məsələdə həmrəyliyə nail və bunun şahidi olacağıq.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
bakivaxti.az

1Источники