RU

Nazirlərin Almatı görüşü: niyə bu şəhər seçildi? - Şərh

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü Almatıda keçiriləcək. Maraqlıdır ki, hər dəfə iki ölkənin xarici işlər nazirlərinin görüşü ya Qərbin vasitəçiliyi ilə Avropa və ya ABŞ-da, ya da Rusiyanın vasitəçiliyi ilə bu ölkədə keçirilirdi. Bu dəfə tərəflərin görüş yeri kimi Almatını seçməsi nə ilə əlaqədardır?




Məsələni Bakupost.az -a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Qazaxıstan beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkanlardan biridir:

"Hesab edirəm ki, xarici işlər nazirlərinin görüşünün Almatıda keçirilməsi prezident Kasım-Jomart Tokayevin həm Azərbaycana, həm də Ermənistana səfəri ilə bağlıdır. Görünür, tərəflər birincisi, vasitəçinin fövqəldövlət olmasını, ikincisi, münaqişədə və ya digər formada iştirak etməsini istəmirlər. Rusiya, Fransa və Amerika bu münaqişədə iştirak edir. Ona görə də tərəflər neytrallığı şübhə doğurmayan bir ölkə seçiblər ki, o da Qazaxıstandır”.
Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
bakupost.az

1Источники