RU

Qarabağda ermənilər üçün ayrıca məktəblər AÇILACAQ? - AÇIQLAMA

Qarabağda ermənilər üçün ayrıca məktəblər AÇILACAQ? - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə azsayda olsa da ermənilər yaşayır. Ö cümlədən həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. Bir məsələ var ki, burada hər iki tərəfin təhsil məsələsi var. İlkin vaxtlarda məlum neçə illiyin düşmənçiliyidə var. Çünki bu gün bir çox valideyn uşağının erməni şagirdi ilə birlikdə təhsil almasını istəmir. Bu cür yanaşma göstərənlər hələ də var. Bu baxımdan narazılıqları və münaqişələri aradan qaldırılması məqsədilə Qarabağda erməni şagirdləri üçün ayrıca məktəb tikilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, Məsələyə təhsil prizmasından yanaşdıqda, bizim tarixi torpaqlarımız olan, hələ işğal olunmamışdan əvvəl Xankəndi, Xocavənd və Əsgəran kimi erməni toplumunun yaşadığı ərazilərdə səhv etmirəmsə erməni dilində məktəblər olmayıb:
Qarabağda"Nə yaxşı ki, biz bir neçə il ərzində bütün torpaqlarımızı işğaldan azad etdik. Artıq tarixi torpaqlarımız bizimdir. Gedişat onu göstərir ki, yaxın bir neçə ildə əhalinin daha sürətli köçürülməsindən sonra orada məktəblər açılacaqdır. Hələlik yalnız Zəngilanın Ağıllı kəndində məktəb fəaliyyət göstərir. Bizim işğaldan azad olunmuş rayonlarımızın, şəhərlərimizin siyahısında olan məktəblər əfsuslar olsun ki, məcburiyyət səbəbindən ölkənin müxtəlif yerlərinə yayıldı. Təkcə insanlar pərən-pərən olmadı. Şuşa kimi rayonun məktəbləri Bakının müxtəlif yerlərinə dağıldı. Ümumiyyətlə Cəbrayıl, Kəlbəcər məktəbləri başda paytaxt Bakı şəhəri olmaqla Sumqayıtın, Abşeronun digər regionların müxtəlif ərəzi bölgüsünə ayrıldı. Bu gündə həmin tendensiya qalıb. Əhalinin köç səviyyəsi ərazilərdə artmalıdır ki, orada məktəb üçün uyğun kontingent yaransın. Buna da bir neçə il qalıb.

Ekspertin sözlərinə görə, erməni toplumunun yaşadığı şəhərlərimizdə, əsasən Xankəndi və Xocavənd ərazisində təhsil birmənalı şəkildə Azərbaycan dilində aparılmalıdır:

"Ölkəmizin müxtəlif yerlərinə azsaylı etnik tərkiblər var. Cənub bölgəmizdə talışlar, şimalda tatlar və ləzgilər, yaşayır. Hər toplumun öz dilində məktəblər açılması mümkün deyil. Azərbaycan tolerant və multikultural ölkədir. Bu səbəbdən Azərbaycan vətəndaşlığını qəbul etmiş və ölkəmizdə yaşayan azsaylı xalqların öz dilində dərslikləri var. Lənkaran məktəblərinin bəzilərində talış dili dərsliyi var. Qusar məktəblərində ləzgi dili dərslikləri var. Bundan o tərəfini düşünə bilmərik. Xankəndidə yaşayan erməni milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşıdır. O Azərbaycan Respublikasının pasportunu şəhadətnaməsini daşıyacaq. Onun borcudur ki, Azərbaycan dilində təhsil alsın. Ermənilər üçün ayrıca məktəblərin qurulması bizi aşan məsələlərdir. Buna dövlət, yuxarı distansiyalar qərar verir. Amma həmin ərazilərdə ermənilər ucun onların dilində ayrıca məktəb açılacağına inanmıram. Buna ehtiyacda yoxdur. Ola bilsin məktəblər həm rus həm də Azərbaycan dilində fəaliyyət göstərsin. Erməni toplumunun uşaqları isə rus dilində təhsil alsın. Bunu proqnoz kimi deyə bilərik. Bu hökumətin verəcəyi qərardır və adekvat işlərin görüləcəyinə şübhəmiz yoxdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
sonxeber.az

1Источники