RU

Səməd Seyidovun "siyasi terrorçu" adlandırdığı şəxs hansı klubun prezidenti olub?

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “X” hesabında paylaşım edib.

AŞPA-nın almaniyalı deputatı Frank Şvabeni siyasi terrorçu adlandırıb.

Seyidovun sözlərinə görə, Frank Şvabe iç üzünü açıb:

“O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçidir. AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.

Məsələ burasındadır ki, Frank Şvabe özünün “X” hesabında paylaşımında Azərbaycanın AŞPA-ya geri qayıtmağa yolu olmadığını yazıb.

Kimdir bu Şvabe? İctimai-siyasi karyerasını qoyaq kənara. Onun bir futbol keçmişi var.

Belə ki, sözügedən şəxs uzun illər klub sektorunda mübarizə aparıb, «Şalke»nin prezidenti postunu tutub.

Helzenkiher təmsilçisi Şvabe yönətimində qeyri-sabit nəticələrə imza atıb, maliyyə böhranı yaşayıb. Nəticədə Rusiyanın «Qazprom» şirkəti klub üzərində nəzarət paketini ələ keçirib.

Adını çəkdiyimiz zat «Şalke»yə rəhbərlik etdiyi illərdə müsəlman futbolçulara yönəlik açıqlamaları ilə bir neçə dəfə gündəmi qarışdırıb.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
sportinfo.az

1Источники