RU

Əfsanəvi futbol adamı üçün heykəl qoyulacaq

“Bavariya” sabiq futbolçusu Frants Bekkenbauerin xatirəsini əbədiləşdirəcək: onun şərəfinə bürünc heykəl ucaldılacaq.

Almaniyanın “Deutsche Welle” telekanalının məlumatına görə, heykəl komandanın ev oyunlarını keçirdiyi “Allianz Arena”nın yaxınlığında - Herd Müllerin abidəsinin yanında quraşdırılacaq. Qeyd edək ki, Almaniya millisi ilə dünya və Avropa çempionu olan Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən hesab edilir.

Əfsanəvi futbolçu 1964-77-ci illərdə formasını geydiyi “Bavariya”ilə 4 dəfə ölkə çempionluğunu, 3 dəfə Çempionlar kubokunu, 1 dəfə Kuboklar kubokunu qazanıb. AFR yığması ilə Avropa (1972) və dünya (1974) çempionu olan Bekkenbauerin 2 dəfə “Qızıl top”a layiq görülməklə Avropanın ən yaxşı futbolçusu seçildiyini də bildirək. Həm oyunçu, həm də məşqçi (AFR yığması) kimi çempion olan əfsanəvi futbol adamı bu il yanvarın 7-də 78 yaşında vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
football-plus.az

1Источники