RU

Efendus Henderson: Mədəniyyətlərarası Dialoq Forumu unikal platformadır

Biz hamımız öz rolumuzun öhdəsindən layiqincə gəlməliyik. Bir ayara gəldikdə dünyanın tolerantlığını və digər dəyərlərə hörmətlə yanaşmağı, millətlər arasında daha çox əməkdaşlığı təşviq etməliyik. Bunun əsasında isə yumşaq güc dayanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri Efendus Henderson “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən plenar sessiyada deyib.

Yumşaq gücdən ortaq dəyərlər üçün istifadənin mümkünlüyünü bildirən Efendus Henderson qeyd edib: “Biz əməkdaşlığa diqqət yetirməliyik. Parçalanmanı deyil, körpüləri, anlaşmanı təmin etməliyik. Bütün bunları irs kimi qəbul edirik. Bu da həmin yumşaq gücün əsasıdır”.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun unikal platforma olduğunu söyləyən Efendus Henderson bildirib: “Biz elə bir mühit formalaşdırmalıyıq ki, hər bir insanın mövqeyi dinlənilsin. Belə olan halda, biz öz təcrübəmizi zənginləşdirə bilərik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
3
yeniazerbaycan.com

4Источники