RU

Dollara "yay hücumu": "Gələn il..."

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 459,2 milyon ABŞ dolları məbləğində satış olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. 

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 623,4 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur.

Maraqlıdır, Azərbaycanda dollar satışının kəskin artmasının səbəbi nədir? Bunu dollara “yay hücumu" adlandırmaq olar? 

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycanda ilin əvvəlindən dollara tələb artıb.

"Bunun da müxtəlif səbəbləri var. Bildirim ki, ilin əvvəlindən Mərkəzi Bankla hökumətin valyuta bazarında sözlü müdafiələri vaxtında etmədiyindən bir təşviş yarandı, dollara olan tələbatın kəskin artdığının şahidi olduq. İnsanlar keçmişdə baş verən devalvasiyaları gözünün qarşısına gətirərək əllərində olan manatı sürətlə dollara çevirməyə başladı. Bu da dollara olan tələbatın keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artırdı".

Onun sözlərinə görə, Azərbaycan həm də böyük investisiya layihələri həyata keçirir:

"Əsasən də işğaldan azad olunmuş torpaqlara böyük vəsaitlər ayırılır. Layihələrin yerinə yetirilməsi üçün avadanlıqların, xammalın alınması valyutaya tələbatı da kəskin artırır. Çünki biz bir çox hallarda bunu xaricdən təmin edirik. Bu da valyutaya olan tələbatı artırır. Nəticə etibarilə biz ötən ilin eyni dövrünə nisbətən valyuta tələbatında kəskin artım müşahidə elədik".

Ekspert bildirib ki, Azərbaycanda manatın məzənnəsi ancaq inzibati yolla tənzimlənir:

“Yəni hökumətin və Mərkəzi Bankın verəcəyi qərardan asılıdır, makroiqtisadi göstəricilərdən yox. Hələlik bu il ərzində hökumətin devalyasiya ilə bağlı hansısa addım atacağını düşünmürəm. Amma 2025-2026-cı illərdə belə addımın atılma ehtimalı var”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
news24.az

1Источники