RU

Yığmamızın voleybolçusu Macarıstan klubu ilə yeni müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubundakı karyerasını davam etdirəcək.

İdman.biz xəbər verir ki, təmsilçimiz kapitanı olduğu komandada daha bir mövsüm keçirəcək.

Ayşən “Vaşaş”la müqaviləni uzadıb. Təcrübəli blokçu klubun mətbuat xidmətinə açıqlamasında komandadan razı qaldığını bildirib: “Şadam ki, bizə yenə “qızıl dubl” etmək nəsib oldu. Artıq daha yüksək səviyyəyə irəliləyə bilərik. Macarıstan komandaları üçün məğlubedilməz olaraq qaldıq və Çempionlar Liqasının qrupunda qalib olduq. Bu komandanın kapitanı olmağımla fəxr edirəm ki, biz birlikdə belə böyük uğurlara imza atmışıq”.

Voleybolçumuz müqaviləni uzatmasının səbəbini də açıqlayıb: “Dəfələrlə demişəm ki, “Vaşaş” mənim ikinci ailəmdir. Mən xoşbəxtəm və Budapeştdə özümü yaxşı hiss edirəm. Növbəti mövsümdə də burada olacağıma şadam. CEV kubokundakı çıxış və daxili arenadakı uğurlardan sonra beynəlxalq səviyyədə daha yaxşı nəticələr qazanmaq istəyirik”.

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
idman.biz

1Источники