RU

"Ermənilər Başkəndə qanunsuz gəlib" - Açıqlama

“Azərbaycanla Ermənistan 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq delimitasiya və demarkasiya prosesinə başlayıb. Sərhədlərdə 1970-ci və 1982-ci illəri əhatə edən xəritələrə uyğun iş aparılaır. Yəni, 1991-ci ilə kimi SSRİ daxilində mövcud ərazi vahidinə uyğun olaraq işlər aparılır. Azərbaycanın Ermənistan ərazisində dörd anklavı var. Naxçıvana aid olan Kərki və Qazaxın üç anklav kəndi. Bu kəndlərlə bağlı danışıqlar aparılacaq. Başkəndlə bağlı məsələyə gəlincə, Prezident İlham Əliyevdə onun anklav olduğunu bildirib. Əgər,1991-ci ilə kimi xəritələri əsas götürürüksə, ora hüquqi cəhətdən anklavdır. Amma Ermənistanın Azərbaycana qarşı 30 il ərzində işğal, vandalizm, etnik təmizləmə siyasəti böyük maddi və mənəvi zərbə vurub. Bu nöqteyi-nəzərdən Ermənistan tərəfi Başkəndə ərazi iddiası ilə çıxış edə bilməz”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, keçmiş sovet Rusiyası rəhbərliyi Azərbaycanın iradəsinə zidd olaraq Başkəndi Ermənistana anklav kimi verib:

"İki dövlət arasında anklav kəndlərlə bağlı ortaq məxrəc tapılacaq. Başkənd Gədəbəyindi və ermənilərin ora gəlməsi qanunsuz olub. Gədəbəyin inzibati ərazi vahidinə aid olan Başkəndə ermənilər 1859-cu ildə Qarabağdan köçüb. 1920-ci illərdə sovet Rusiyası Başkəndi Azərbaycandan alıb Ermənistana verib. Zəngəzur da 1920-ci illərdə Ermənistana verilib. Sovet hakimiyyəti illərində Başkənd Ermənistan SSR-NIN Azərbaycan ərazisində anklavı olub. Ancaq tək Başkənd deyil, Göyçə, Zəngəzur da Azərbaycan əraziləridir”.

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
bakupost.az

1Источники