RU

O, AVRO-2024-də olmayacaq - FOTO

"Real Madrid"in və Belçika millisinin təcrübəli qapıçısı Tibo Kurtua 2024-cü il Avropa çempionatında iştirak etməyəcək.

News24.az Kicker-ə istinadən xəbər verir ki, Belçika millisinin baş məşqçisi Domeniceo Tedesko 31 yaşlı qolkiperi heyətə daxil etməyəcəyini açıqlayıb.

Tedesko açıqlamasında: "Bu məsələ ilə bağlı artıq hər şey deyilib. Biz bütün diqqəti sağlam və zədəsiz oyunçulara yönəldirik" deyib. 

İKİ DƏFƏ DİZİNDƏN ZƏRƏ ALIB

Mövsümün əvvəlində "Real Madrid"də çarpaz bağları qopan belçikalı qolkiper uzun müddət meydanlardan uzaq olub. Sağalması başlayan kimi Kurtua yenidən dizindən zədə alıb və bu mövsüm 48 oyunu buraxıb.

Təcrübəli qapıçının "Real Madrid"in Laliqada "Kadis"lə qarşılaşmasında yenidən meydana çıxacağı gözlənilir.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
news24.az

1Источники