RU

Rejissordan ARKA-ya sərt sözlər!

Rejissor Elvin Abdulla Azərbaycan Respublikası Kino Agentliyi ilə bağlı qalmaqallı açıqlama verib.

OLAY yazır ki, bununla bağlı o, feysbukda status paylaşıb. 

““Keçirdiyiniz “möhtəşəm” müsabiqənin nəticələrinin izahını istəyən istehsalçıların apellyasiya müraciətləri barəsində yalandan da olsa xəbər yoxdur ! Yalandan da olsa, nə vaxt xəbər veriləcəyi haqda da xəbər yoxdur. May ayıdır, qardaş. Noyabrda olub piçinq. Bəlkə bir zəhmət, bizə izah edəsiz nə üçün bizim layihələr keçməyib müsabiqədən ?! Və keçən layihələr də hansı kriteriyalara görə keçib ?! “Möhtəşəm” müsabiqənizdə teatrşünaslardan, həyatında bir dəfə də olsun film istehsal etməyən prodüserlərdən, dünya kinosunun son trendlərindən xəbəri olmayan “köhnə təfəkkür”dən ibarət seçim komissiyanızı hələ ki bir təhər yola vermişik, amma hələ ki ! Tezliklə müsabiqə haqqında daha detallı bir yazım olacaq. İndi imkan varsa, deyin, görək apellyasiya müraciətlərimizə nə zaman baxılacaq ?! Nə vaxt tam şəffaf şəkildə müsabiqənin detalları ictimaiyyətə təqdim olunacaq ?!”, - deyə, Abdulla bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
olay.az

1Источники