RU

Slovakiyanın Baş naziri işçilərə həmrəyliyini belə göstərdi

Slovakiyanın Baş naziri Robert Fiko işçilərlə həmrəylik əlaməti olaraq "ZKW Slovakia" zavodunda gecə növbəsinə qalıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  baş nazir Krusovce kəndində yerləşən zavodda bir gecə keçirməli olub. 

 Üç minə yaxın işçinin çalışdığı "ZKW Slovakia" zavodu avtomobillər, işıqlandırma sistemləri və elektronika üçün komponentlərin istehsalı üzrə ixtisaslaşıb. Bildirilir ki, baş nazir növbəsində məhsulların yığılması ilə bağlı işlər görüb. 

Bundan sonra hökumət başçısı bildirib ki, gecə növbələrində çalışan işçilərin maaşlarının artırılmasını zəruridir.  

Bildirək ki, bu gün Slovakiyada milli bayram - Əmək günü qeyd edilir. 

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
50
unikal.az

10Источники