RU

Türkiyənin LNG idxalı azalıb

Türkiyənin aldığı mayeləşdirilmiş təbii qazın (LNG) həcmi aşağı düşüb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla bağlı Avro Bölgəsində İstehlak Qiymətləri İndeksi (TÜFE) hesabat açıqlayıb.
 
Hesabata görə, Türkiyənin Sakarya qaz yatağının qaz hasilatına başlaması yerli qaz tədarükünün artmasına, idxaldan asılılığın azaltmasına və enerji təhlükəsizliyinin güclənməsinə səbəb olub. Digər səbəb isə ölkədə qaz istehlakının aşağı olmasıdır.

Hesabatla bağlı Türkiyənin enerji və təbii sərvətlər Naziri Alparslan Bayraktar vurğulayıb ki, Qara dənizdəki Sakarya qaz yatağında təbii qaz hasilatının artırılması istiqamətində işlər davam etdirilir:

"Türkiyə may ayında gündəlik təbii qaz hasilatını 5 milyon kubmetrə çatdırmağı hədəfləyib. Bu sahədə qaz ehtiyatını artırmaq üçün yeni kəşflər də ola bilər". 

Qeyd edək ki, hazırda Sakarya qaz yatağından gündəlik 4,5 milyon kubmetr təbii qaz hasil edilir.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
173
20
bakivaxti.az

10Источники