RU

“Nəvaxtsa burada olmayacağıq, amma “Neftçi...” – Faciə olacaq!

“Neftçi”nin qış fasiləsində heyətinə cəlb etdiyi Alfa Konte Sportinfo.az-a müsahibə verib.

Syerra Leone millisinin vingeri omandasının “Turan Tovuz” üzərində əldə etdiyi parlaq qələbə (3:0) haqda suallarımızı cavablandırıb.

- Böyük hesablı qələbədən sonra hamınız məmnun görünürsünüz.

- Sevinirik, çünki çətin mövsümün sonuna yaxınlaşırıq. Belə vəziyyətdə əldə olunan hər qələbə çox vacibdir. Mövsümü ikinci pillədə başa vurmaq üçün çalışırıq.

- İkinci yer məqsədinə çata bilməsəniz, bu, faciə olacaq?

- Əlbəttə! Ona görə də ikinci yeri düşünməkdən başqa şansımız yoxdur.

- Avrokubokları yox, konkret gümüş medalları hıədəf seçmisiniz.

- Söhbət şəxsən məndən gedirsə, bəli, məni ikinci yerdən başqa heç nə maraqlandırmır. “Neftçi”yə 3 ay əvvəl gəlmişəm. Yeni ölkə, yeni mühit, yeni insanlar, yeni baş məşqçi. Uyğunlaşmaq üçün zamana ehtiyac duyurdum. Və bura gəldiyim gündən “Neftçi”nin əzəmətini hiss etdim. Çempionluq əldən gedibsə, gümüş medalları düşünməliyik. Başqa cür mümkün deyil.

- Azarkeşləriniz tribunadakı yerlərini tutmuşdular. Azarkeş dəstəyi ilə oynamaqla onlarsız mübarizə aparmaq arasında fərq var?

- Azarkeşlərin olması bizə ikiqat motivasiya verir. Boş tribunalar önündə oynamaq heç bir futbolçuya xoş deyil. Fanatlar olmasa futbolun ləzzəti olmaz. Dünyanın ən güclü komandalarının qarşılaşması belə, boş tribunalar qarşısında maraqsız görünər. Bu gün tribunaya dönüşləri ilə əla ab-hava yaratmışdılar. Biz futbolçular nə vaxtsa burada olmayacağıq. Amma “Neftçi” yenə azarkeşlərin olaraq qalacaq. Ona görə də xoş və pis günlərdə komandaya sahib çıxmaqları vacibdir. Azarkeşlər tribunada olması futbolu gözəlləşdirir.

- Azərbaycanda yaşamaq ürəyincədir?

- İnanılmaz dərəcədə möhtəşəm ölkədəyəm. Burada olmaqdan hər gün zövq alıram.

- Daha öncə yaşadığın Bolqarıstanın paytaxtı Sofiya gözəldir, yoxsa Bakı?

- Bakı böyük və gözəl şəhərdir, buranı çox sevirəm.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
sportinfo.az

1Источники