RU

Harri Keyn ÇL-də ingilis futbolçular arasında rekorda imza atdı

Çempionlar Liqasının evdə “Real”la ilk yarımfinal oyunu (2:2) “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Keyn münhenlilərin qollarından birinin müəllifi olub, ingilis hücumçu penaltidən fərqlənib.

Beləliklə, Keyn Çempionlar Liqasının ən sərrast futbolçularının qırxlığına daxil olub. Keynin Çempionlar Liqasında keçirdiyi 43 oyunda 29 qolu var. İndi Keyn niderlandlı sabiq hücumçu Roy Makay (61 oyun) və bosniyalı hücumçu Edin Djeko (74 oyun) ilə eyni nəticəni bölüşür (29 qol).

Keynin “Real”a vurduğu qol ingilis futbolçunun cari mövsüm Çempiionlar Liqasında 8-ci qolu olub. Həmçinin Keynin cari mövsümdə Çempionlar Liqasında 3 məhsuldar ötürməsi var. Məhsuldarlıq baxımından Keynin 11 səmərəli fəaliyyəti (8 qol və 3 məhsuldar ötürmə) var ki, bu da Çempionlar Liqasının bir mövsümü ərzində ingilis futbolçular arasında mütləq rekorddur. Hazırda Keyn 8 qolla Çempionlar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur. PSJ-nin fransalı mərkəz hücumçusu Kilian Mbappe də 8 qol vurub, amma Mbappenin heç bir məhsuldar ötürməsi yoxdur.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 43 qol vurub, 11 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
arena.az

1Источники