RU

İngiltərə klubunu tərk edəcək

Tyaqo Silva mövsümün sonunda “Çelsi”dən ayrılacaq.

Bu barədə 39 yaşlı müdafəçi klubun saytına açıqlamasında bildirib.

Braziliyalı müdafiəçi İngiltərə klubuna 2020-ci ildə azad agent kimi keçib. O, komanda ilə bütün turnirlərdə 151 oyuna çıxıb, Çempionlar Liqasının, Avropa Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. 39 yaşlı futbolçu klub saytına belə açıqlama verib:

“Çelsi” mənim üçün çox şey deməkdi. Mən bura yalnız birillik gəlmişdim, amma artıq 4 ildi komandadayam. Bu klub təkcə mənim deyil, ailəm üçün də önəmlidi. Oğullarım da “Çelsi”də oynayırlar. Ona görə də “Çelsi” ailəsinin bir hissəsi olmaqdan çox qürur duyuram. Ümid edirəm ki, onlar karyeralarını burada, bir çox oyunçunun arzusu olan klubda davam etdirə biləcəklər. 4 il ərzində komanda üçün əlimdən gələni etdiyimi düşünürəm. Amma təəssüf ki, hər şeyin başlanğıcı, ortası və sonu olur. Bəlkə də bu, son deyil. Ümid edirəm ki, yaxın gələcəkdə fərqli bir vəzifəyə təyinat almağım üçün “Çelsi”nin qapısı mənə açıq olacaq. “Çelsi”yə olan sevgimi sözlərlə ifadə edə bilmirəm. Yalnız təşəkkür edə bilərəm. Ən adi şəraitdə belə klubla vidalaşmaq çətindi. Bu sevgi qarşılıqlı olduqda ayrılmaq daha da çətinləşir. Bir gün buraya qayıtmaq fikrindəyəm”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
football-plus.az

1Источники