Qax Rayon Mərkəzi Xəstəxanasının Dəstək Xidmətləri şöbəsinin əməkdaşı Yəhyəyev Hacıməhəmməd Yəhyə oğlu və Balaxanım Feyzullayeva əmək fəaliyyətinin son yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilib.
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, bununla bağlı keçirilən tədbirdə hər 2 əməkdaşın ölkəmizin səhiyyə sistemi üçün hər zaman ürəklə çalışdıqları qeyd olunub.
Qax RMX-nın rəhbərliyi və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası tərəfindən əməkdaşlar hədiyyələrlə təltif olunublar.