RU

Nevroloq Tamella Rzayeva - Peşəkar həkimlərimizi tanıyaq!

"Həkimlərimizi tanıyaq!" rubrikamızda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Pediatriya şöbəsinin Poliklinika bölməsinin həkim-nevroloqu Tamella Rzayevanı oxuculara təqdim edirik.

 

Rzayeva Tamella Əli qızı 12 yanvar 1956-cı ildə Daşkəsən rayonunda anadan olub.

 

O, 1973-1979-cü illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. 1979-1980-ci illərdə Bakı şəhəri 1nömrəli Uşaq Yoluxucu xəstəxanasında internatura kursu keçib.

 

Daha sonra Daşkəsən Mərkəzi Rayon Xəstəxanasında çalışıb. Tamella Rzayeva 1982-2021-ci illərdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Pediatriya şöbəsində həkim-nevroloq vəzifəsində çalışıb. 2021-ci ildən həmin şöbənin Poliklinika bölməsində vəzifəsini davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
aztibb.az

1Источники