RU

Quterreş: "Rəfah əməliyyatı fəlakətli nəticələrə səbəb ola bilər"

İsrailin Rəfahdakı hərbi əməliyyatı həyata keçirilərsə, bu, fəlakətli nəticələrə gətirib çıxaracaq.

APA xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

“Rəfaha hərbi hücum dözülməz eskalasiyaya, minlərlə dinc sakinin ölümünə və yüz minlərlə insanın Rəfahı tərk etməyə məcbur edə bilər. Əməliyyatın Qəzzada fələstinlilərə təsiri sarsıdıcı olacaq. Mən İsrailə təsiri olan hər kəsi bunun baş verməməsi üçün mümkün olan hər şeyi etməyə çağırıram”, - Quterreş vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
159
1
apa.az

2Источники