RU

“Bavariya” “Real”la heç-heçə etdi

Bu gün Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına start verilib.

Yenisabah.az xəbər verir ki, "Bavariya" "Real"ı qəbul edib.

Matçda hesabı qonaqlar açsa da, meydan sahibləri ikinci hissədə geridönüş edərək önə keçməyi bacarıblar. "Bavariya" üstünlüyünü sona qədər qoruyub saxlaya bilməyib. "Real"ın vurduğu bərabərlik qolu oyunun nəticəsini müəyyən edib - 2:2.

Bu komandalar arasında cavab qarşılaşması mayın 8-i keçiriləcək.

Qeyd edək ki, yarımfinalın digər matçı sabah oynanılacaq.

30 aprel

23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya) - 2:2

Qolllar: Vinisius Junior, 34 (0:1), Sane, 53 (1:1), Keyn, 57-pen. (2:1), Vinisius Junior, 83-pen. (2:2)

Baş hakim: Kleman Turpin (Fransa)

"Allyanz Arena"


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
112
yenisabah.az

1Источники