RU

Qasperini ÇL-ə vəsiqəni gözləyir

“Atalanta” Can Pyero Qasperiniyə yeni müqavilə bağlamağa hazırlaşır.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssisə 2 illik razılaşma təklif olunub.

Berqamo klubu Qasperini ilə əməkdaşlığı davam etdirmək arzusundadır. 2016-cı ildən “Atalanta”ya rəhbərlik edən 66 yaşlı baş məşqçi hələlik təklifə müsbət cavab verməyib. Hər şey komandanın A Seriyasında əldə edəcəyi nəticələrdən asılı olacaq.

Qeyd edək ki, Qaperini 2016-cı ildən “Atalanta”ya rəhbərlik edir. Komanda 34 turdan sonra 57 xalla 6-cı pillədə qərarlaşıb. Ehtiyatda 1 oyunu olan berqamoluları ÇL-ə vəsiqə verən pillədən 2 xal ayırır.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
idman.biz

1Источники