RU

Sərnişin avtobusu uçurumdan aşıb: Ölən və yaralalanlar var

Peruda ötən gecə avtobusun And dağlarının yamacından çaya aşması nəticəsində azı 25 nəfər ölüb, 13 nəfər yaralanıb.

 

Sfera.az bildirir ki, avtobusda 50-dən çox sərnişin olub. Avtobus aşaraq, yamacdan çaya düşüb. Qəzadan sonra sərnişinlərin bəzilərini su aparıb.

 

“Məlumat hələ də dəqiqləşdirilir, çünki qəza gecə saatlarında və kifayət qədər bərbad, torpaq yolda baş verib”- deyə hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir.

 

Ölkədə 3 günlük matəm elan edilib.


Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər çalışır, xəsarət alanlar xəstəxanaya təxliyə edilib. Qəza yerinin yaxınlığında toplaşan onlarla insan ümidsizcəsinə yaxınlarından xəbər gözləyir.


Qeyd edək ki, Peru yollarında belə faciəvi qəzalar olduqca tez-tez baş verir. Təkcə ötən ilin sentyabrında baş verən qəzada təxminən iyirmi nəfər ölüb, yanvarda isə avtobusun uçurumdan aşması nəticəsində ən azı 24 nəfər həlak olub.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
sfera.az

1Источники