RU

ABŞ-də silahlı hücum: 4 polis ölüb, 4-ü yaralanıb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü həyatını itirib, 4-ü isə yaralanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib.

Şarlotta polis rəisi Conni Cenninqs hadisə ilə bağlı verdiyi açıqlamada polisin axtarış aparmaq üçün cinayətdə iştirak edən şübhəlinin olduğu evə girərkən tüfənglə atəş açıldığını bildirib.

Cenninqs hücum zamanı 4 polisin öldüyünü, 4-nün yaralandığını, bir yaralının vəziyyətinin ağır olduğunu bildirib.

Şübhəlinin güllələnərək hadisə yerində həyatını itirdiyini bildirən Cenninqs, bunun Şarlotta tarixinin ən dəhşətli hadisələrindən biri olduğunu və istintaqın dərindən davam edəcəyini vurğulayıb.

Digər tərəfdən, Ağ vv ABŞ Prezidenti Co Baydenin hadisə ilə bağlı məlumatlandırıldığını və Baydenin hadisələri yaxından izlədiyini açıqlayıb.

Malik Atilay























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
1
525.az

2Источники