RU

Serbiya prezidenti BRİKS-ə üzvlükdən imtina edib

...Serbiya prezidenti Aleksandar Vuçiç Serbiyanın “qardaş” Rusiyanın da daxil olduğu BRİKS blokuna qoşulmayacağını deyib.

...Çünki ölkə Avropa İttifaqına daxil olmaq niyyətindədir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "The Moscow Times" yazır.

...Mən BRİKS-ə böyük hörmətlə yanaşıram, lakin Serbiya Avropa yolundadır və Serbiya bu yolda qalacaq.

Vuçiç bildirib bunu.

O qeyd edib ki, çoxları Serbiyanı Avropa yolundan uzaqlaşdırmağa çalışır, lakin o, “xüsusilə onları əsəbiləşdirmək üçün” bu yolda qalır.

Serbiya bir, iki və ya üç ildən sonra Avropa İttifaqınadaxil ola bilər - vaxt “bizdən deyil, onlardan asılıdır” respublika başçısı vurğulayıb.

Xatırladaq ki, Belqrad 2009-cu ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət edib. 2012-ci ildən Serbiya Avropa İttifaqına üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
sia.az

1Источники