RU

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun sədri ilə görüşüb - FOTOLAR

Səudiyyə Ərəbistanına səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl Casir ilə görüşüb. Tərəflər birgə fəaliyyətin genişləndirilməsi və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi imkanlarını dəyərləndiriblər.

FED.az xəbər verir ki, görüş çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası arasında anlaşma memorandumları imzalanıb, 2024-2026-cı illər üzrə Azərbaycan üçün Ölkə Çərçivə Sənədinin təqdimatı keçirilib. Bu sənədlərin icrasının əməkdaşlığın daha yüksək müstəviyə doğru irəliləməsi üçün əlverişli imkanlar yaradacağı vurğulanıb.

OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşdə ikitərəfli əlaqələrin təşviqi, bərpa olunan enerji mənbələrindən istifadəni və özəl sektorun maliyyələşdirilməsini təşviq edən layihələr çərçivəsində birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

MikayılMikayılMikayılMikayılMikayılMikayılMikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
fed.az

1Источники