Bakı, 30 aprel, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib.
AZƏRTAC xəbər verir ki, hazırlığın ilkin mərhələsi baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə GİN-in Voleybol Mərkəzində təşkil olunub.
Məşqlərdə hazırda ölkədə olan yığma üzvləri, həmçinin gənc voleybolçular iştirak edirlər. Ölkə xaricində olan bir neçə oyunçu isə yaxın günlərdə düşərgəyə qatılacaqlar.