21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) Slovakiya yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qarşılaşma bu il iyun ayının 7-də səfərdə baş tutacaq. Slovakiyanın Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.