PSJ baş məşqçisi Luis Enrike ilə müqaviləni yeniləmək niyyətindədir.
Futbolpress.az xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb.
Enrikenin hazırkı müqaviləsi 2025-ci ilin yayında bitəcək.
Qeyd olunub ki, rəhbərlik mütəxəssisin işindən razıdır. Danışıqların hələ başlamadığı bildirilsə də, yaxın vaxtlarda müqavilənin yeni şərtləri müzakirə ediləcək.