21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
U-21 iyun ayının 7-də səfərdə slovakiyalı yaşıdları ilə qarşılaşacaq. Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.