"Barselona"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasında "Bavariya"nın qalib olmasını istədiyini açıqlayıb. Futbolpress.az xəbər verir ki, o, bunları deyib: "8 il "Bavariya"da çıxış etmişəm. Ona görə də ürəyim bu klubladır. İstərdim ki, "Bavariya" turnirin qalibi olsun". "Bavariya" bu gün yarımfinalın ilk oyununda "Real"ı qəbul edəcək. Polşalı futbolçu 2010-2014-ci illər aralığında "Borussiya"da, 2014-dən 2022-ci ilə qədər isə "Bavariya"nın formasını geyinib. tags tags