"Bayern"in və Almaniya yığmasının qapıçısı Manuel Noyer Qətərdə keçirilən dünya çempionatından sonra xizək sürərkən aldığı ağır zədədən danışıb.
Publika.az xəbər verir ki, ayağını sındıran futbolçu meydanlara qayıtmasına inana bilmir:
“Yenidən futbol oynaya bilməsəm həyatım necə olardı, bilmirəm. Tibb işçilərindən və reabilitasiya qrupundan soruşsanız, mənim bu vəziyyətdə olduğuma inanmazdılar. Düşünürəm ki, 10 nəfərdən yalnız bir və ya iki nəfər belə zədədən sağalır”
Almaniya komandası DÇ-2022-də mübarizəni elə qrup mərhələsində dayandırdıqdan sonra Noyer dağ-xizək kurortuna istirahətə yollanıb və orada xəsarət alıb. Dekabrın 10-da baş verən hadisə nəticəsində futbolçunun sağ baldır sümüyü sınıb. Noyer zədəsini sağaldıqdan sonra ilk oyununu 2023-cü ilin oktyabrın 28-də "Darmştadt"a qarşı (8:0) keçirib. Bu mövsüm o, 10 oyunda qapısını toxunulmaz saxlamaqla 28 matç keçirib. Qapısında isə 32 qol görüb.
Heybət
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.