RU

Sabiq məşqçi prezident seçildi

“Portu”nun yeni prezidenti müəyyənləşib. Bu vəzifəyə klubun sabiq baş məşqçisi seçilib.

Seçkidə Andre Villaş-Boaş qalib gəlib.

O, səslərin 80,28 faizini qazanaraq 42 il idi “Portu”nun prezidenti olan Pintu da Koştaya qalib gəlib. Xatırladaq ki, Villaş-Boaş 2010/11 mövsümündə “Portu”nun baş məşqçisi olub. O, bu klubdakı uğurlu işindən sonra İngiltərədə “Çelsi” (2011/12) və “Tottenhem”i (2012/13) də çalışdırıb. Sonra “Zenit” (2014-16) və “Şanxay SIPG”də (2016/17) də çalışan portuqaliyalı 2021-ci ildə baş məşqçisi olduğu “Marsel”dən ayrıldıqdan sonra isə heç bir klubda işləmirdi.

46 yaşlı məşqçi son illər gücünü avtoralli idmanında sınaması ilə diqqəti cəlb etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
football-plus.az

1Источники