RU

Sahibkarlığın İnkişafı Fondunun gəlirləri artıb - AKTİVLƏRİ BÖYÜYÜB - HESABAT

Sahibkarlığın İnkişafı Fondu ötən ilin maliyyə vəziyyətini açıqlayıb.

FED.az xəbər verir ki, Fond ötən ili 12 milyon 503 min manat xalis mənfəətlə yekunlaşdırıb, 2 milyon 605 min manat mənfəət vergisi ödəyib. Vergi ödəmələri son bir ildə 1 milyon 470 min manat və ya 2,3 dəfə artıb.

Fondun faiz gəlirləri 20 milyon 341 min manat, digər əməliyyat gəlirləri 438 min manat, əməliyyat gəliri 20 milyon 779 min manat olub. İllik müqayisədə faiz gəlirləri 7 milyon 31 min manat (52,8%),  əməliyyat gəliri 14 milyon 375 min manat (44,5%) artıb.

Hesabat dövründə əməliyyat xərcləri 766 min manat və ya 11,5% artaraq 7 milyon 442 min manata yüksəlib.

Fond ötən il 1 milyard 11 milyon 496 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 59 milyon 605 min manat və ya 6,3% artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
fed.az

1Источники